AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI

AZ / EN / RU

Tələbə elmi-tədqiqat işləri

Azərbaycan Əmək və So­si­al Mü­na­si­­­bət­lər Aka­demiyasında tələbələrin elmi-təd­­qiqat işinin təşkili Azərbaycan Respublikası təhsil nazirinin 27.06.2014-cü il ta­rix­­li 752 nömrəli əmri ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində təhsilalan­la­rın el­­mi tədqiqat işinin təşkili haqqında” Əsasamənin tələblərinə əsasən həyata ke­çi­ri­lir. 2015-ci il üçün müəy­yələş­diril­miş 25 tələbə elmi-tədqiqat işindən 22-si yük­sək sə­­viyyədə yerinə yetirilmiş və nəticələri Tələbə Elmi Cəmiyyətinin yekun kon­f­ran­sın­da dinlənilmişdir. Yerinə yetirilən bütün işlər nəşr etdirilmişdir.

2016-cı il üçün tə­ləbələrə 1 problem (Əmək münasibətlərinin inkişafının sosial-iqtisadi problem­lə­ri) üzrə 12 mövzuda 47 elmi-tədqiqat işi müəy­yələş­diril­mişdir ki, bu mövzu­la­­rın da ək­səriyyəti iqtisadi və sosial sahələri əhatə edir. Elmi-təd­qi­qat işi yerinə ye­­tirən tə­­lə­bələrə mövzularına uyğun rəhbər təyin edilmişdir. Tələ­bə­lər elmi-təd­qi­qat iş­lə­ri­ni rəh­bərləri, ixtisas kafedraları və Tələbə Elmi Cəmiyyətinin nəzarəti ilə yerinə yetirirlər. 

ИмяИмяИмя

2015-ci ilin nəticələri

“Ən yaxşı Tələbə elmi-tədqiqat işi I” – Aysel Qəniyeva

Mövzu: “Neft məhsulları baza­rı” (Maliyyə fakültəsi)

“Ən yaxşı Tələbə elmi-tədqiqat işi II” – Pərvin Əhmədli

Mövzu: “İqtisadi böhran və onun tən­­zimləmə yolları” (Maliyyə fakültəsi)

“Ən yaxşı Tələbə elmi-tədqiqat işi III” – Ağami Rəhimov

Mövzu: “Müasir şəraitdə Azər­bay­canda innovasiya sisteminin for­­­­­ma­­laşması və inkişafı” (İqtisadiyyat fakültəsi)