AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI

AZ / EN / RU

07.05.2016

07.05.2016-cı il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akade­mi­yasında Ümummilli lider Heydər Əliyevin anadan olma­sı­nın 93 illiyinə həsr olunmuş “Da­yanıqlı inkişaf: cəmiyyət və iqtisadiyyat” mövzusunda ali təhsil müəssisələri tələbələ­ri­nin III Respublika konfransı keçirilmişdir. Plenar iclas Aka­de­miyanın konfrans zalında Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəs­si­sələrindən gələn qonaqların, professor-müəllim heyətinin və tələbələrin iştirakı ilə baş tutmuşdur. Konfransda respublikanın 15 ali təhsil müəssisəsindən 148 tələbə və magistrant məruzə ilə çıxış etmişdir.

ИмяИмяИмяИмяИмяИмя

Tədbiri akademiyanın rektoru sosiologiya üzrə elmlər doktoru, professor Hüseyn Qaraşov açaraq, ümummilli lider Heydər Əliyev şəxsiyyətinin Azərbaycan tarixində qoyduğu dərin izdən, vətənpərvərlik ideologiyasından, onun gənclərə qayğısından və inkaredilməz xidmətlərindən söz açmışdır. Plenar iclasda Akademiyanın tələbələri Ağami Rəhimov, Pərvin Əhmədli və Nərmin Əsgərova “Dayanıqlı inkişaf: cəmiyyət və iqtisadiyyat” adlı məruzəni konfrans iştirakçılarına təqdim etdilər.  Daha sonra konfrans öz işini ayrı-ayrı bölmələrdə davam etdirdi. Konfransın sonunda hər bölmə üzrə ən yaxşı məruzəçilər diplomlarla təltif olundu.

ИмяИмяИмяИмяИмяИмя

Qaliblər:

“Humanitar və sosial elmlər” bölməsi üzrə

I dərəcəli diplom             - Kərimli Aysel                 

II dərəcəli diplom            - Dadaşlı Gülarə                 

III dərəcəli diplom            - Mahmudlu Mahmud        

“Riyaziyyat və təbiət elmləri” bölməsi üzrə

I dərəcəli diplom             - Quliyeva Aysel               

II dərəcəli diplom           - Əliyeva Aytac                 

III dərəcəli diplom            - Cəfərzadə Səbuhi              

        “İqtisadiyyat” bölməsi üzrə

I dərəcəli diplom             - Əhmədli Pərvin                 

II dərəcəli diplom            - Nəsirov Yaqub                

III dərəcəli diplom           - Babayev Xəlil            

         “İdarəetmə” bölməsi üzrə

I dərəcəli diplom             - Əhmədli Tural              

II dərəcəli diplom            - Yalə Mehdizadə          

III dərəcəli diplom            - Qurbanova Anista             

ИмяИмяИмяИмяИмяИмяИмяИмяИмя