AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI

AZ / EN / RU

Konfranslar

 ИмяИмяИмя

 

11.05.2017-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr olunmuş “Müasir elmin aktual məsələləri” mövzusunda konfrans keçirilib. Plenar iclas Aka­de­miyanın kitabxanasında professor-müəllim heyətinin və tələbələrin iştirakı ilə baş tutub. Konfransda Akademiyanın 40 tələbəsi məruzələrlə çıxış edib. Konfransın sonunda hər bölmə üzrə ən yaxşı məruzəçilər diplomlarla təltif olunub.

 

27.04.2017-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Aka­de­­mi­yasında Ümummilli lider Heydər Əliyevin anadan olma­sı­nın 94 il­li­yi­nə həsr olunmuş “Əmək münasibətlərinin inkişafının sosial-iqtisadi prob­lemləri” möv­zusunda konfrans keçirilib. Tədbiri akademiyanın rektoru pro­fessor Hü­seyn Qaraşov açaraq, ümummilli lider Heydər Əliyevin Azər­bay­can xalqı və döv­ləti qarşısında misilsiz xidmətlərindən danışıb.

03.03.2017-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akade­mi­yası Qazaxıstan Əmək və Sosial Münasibətlər Akademiyasının online formada təş­kil etdiyi “Avrasiyaya inteqrasiyada gənclərin potensialı: iqtisadiyyat, hüquq və si­yasət” mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak edib. 

10.12.2016-cı il tarixində Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu, Azərsu Həmkarlar İttifaqı Respublika Komitə­si­nin Beynəlxalq Multikultural Şəbəkəsi və Azərbaycan Əmək və Sosial Mü­nasibətlər Akademiyasının birgə təşkilatçılığı ilə “Multikulturalizm və insan haqlari” mövzusunda İnsan Hüquqları üzrə Ümumi Bəyan­na­mə­nin qəbul edilməsinin ildönümünə həsr edilmiş Respublika elmi kon­fran­sı keçirilmişdir. 

07.05.2016-cı il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akade­mi­yasında Ümummilli lider Heydər Əliyevin anadan olma­sı­nın 93 illiyinə həsr olunmuş “Da­yanıqlı inkişaf: cəmiyyət və iqtisadiyyat” mövzusunda ali təhsil müəssisələri tələbələ­ri­nin III Respublika konfransı keçirilmişdir. 

17.10.2015-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Aka-de¬miyasında Azərbaycan həmkarlar ittifaqı hərəkatının 110 illiyinə həsr olun-muş “Azərbaycan həmkarlar ittifaqı: tarixi, təşəkkülü və inkişafı, müasir real-lıq¬lar və perspektivlər” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.

07.05.2015-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası və AMEA Elmi İnnovasiyalar Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92 illiyinə həsr olunmuş “Regionların innovativ sosial-iqtisadi inkişafı: reallıqlar və perspektivlər” mövzusunda respublika elmi-praktiki konfransı keçirilmişdir.

 
02.04.2015-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akade­mi­yasında “Gənclər və sabahın innovasiyalı iqtisadiyyatı” mövzusunda ali təhsil müəssisələri tələbələrinin II Respublika konfransı keçirilmişdir.
 
03.03.2015-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Bakı Dövlət Universitetinin “Gender və tətbiqi psixologiya” kafedrası və AMEA Fəlsəfə və Hüquq İnstitutunun “Müasir fəlsəfə problemləri” şöbəsinin birgə təşkilatçılığı ilə “Azərbaycanda ailə və gender məsələləri: mövcud vəziyyət və problemlər” mövzusunda IV Respublika konfransı keçirilib.
 
10.09.2014-cü il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Azərbaycanda həmkarlar ittifaqları hərəkatının bugünkü inkişafı və problemləri, motivasiya işinin gücləndirilməsi” mövzusunda respublika konfransı keçirilib.
 
24.04.2014-cü il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında ümummilli lider Heydər Əliyevin 91 illiyinə həsr olunmuş “Azərbaycan: gələcəyə baxış” mövzusunda ali təhsil müəssisələri tələbələrinin respublika konfransı keçirilib.
 
04.03.2014-cü il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Bakı Dövlət Universiteti və AMEA Fəlsəfə və Hüquq İnstitutunun birgə təşkilatçılığı ilə “Azərbaycanda gender problemləri: mövcud vəziyyət və əsas istiqamətlərdə inkişaf” mövzusunda III Respublika konfransı keçirilib.
 
25.12.2013-cü il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında görkəmli ictimai və dövlət xadimi, respublika həmkarlar ittifaqı hərəkatı liderlərindən biri Kamran Əsəd oğlu Hüseynovun 100 illik yubileyi münasibətilə konfrans keçirilib.
 
20.05.2013-cü il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında akademik Əhməd Əkbər oğlu Mahmudovun 90 illik yubileyinə həsr olunmuş “İqtisadi inkişafda elmi potensial” mövzusunda elmi-praktiki konfrans keçirilib. 
 
02.05.2013-cü il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş Tələbə Elmi Cəmiyyətinin konfransı keçirilib.
 
25.04.2013-cü il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.
 
05.03.2013-cü il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Bakı Dövlət Universiteti və AMEA Fəlsəfə və Hüquq İnstitutunun birgə təşkilatçılığı ilə “Azərbaycanda gender problemləri: mövcud vəziyyət və əsas istiqamətlərdə inkişaf” mövzusunda II Respublika konfransı keçirilib.
 
14.03.2012-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Azərbaycanda gender problemləri: mövcud vəziyyət və əsas istiqamətlərdə inkişaf” mövzusunda Respublika konfransı keçirilib.
 

m1_sm.jpgm1_sm.jpgm1_sm.jpg