AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI

AZ / EN / RU

24 noyabr 2018-ci il

"Respublika Gənclər Debat Forumu: Payız 2018" layihəsi çərçivəsində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasıda 24 noyabr 2018-ci il tarixində "Bakı Gənclər Debat Forumu: Payız 2018" açılış mərasimi baş tutmuşdur.
Açılış mərasimində çıxış edən AƏSMA-nın tədris və elmi işlər üzrə prorektoru Fərhad Möhbaliyev ev sahibliyi etdikləri akademiyanın adından iştirakçıları salamlayaraq uğurlar arzulayıb. Daha sonra "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin (DVC) sədri Alekper Mustafayev çıxış edərək   "Respublika Gənclər Debat Forumu: Payız 2018” mövsümü çərçivəsində iştirak edən bütün regionlar və universitet komandaları haqqında məlumat verərək iştirakçılara həyəcan dolu 2 gün ərzində bol uğurlar arzulayıb. Çıxışların davamında AƏSMA "Tələbə Gənclər Təşkilatı"-nın sədri Əsgər Əhmədov çıxış edərək “Bakı Gənclər Debat Formu: Payız 2018” də iştirak edən debatçılarımızı universitetləri adından salamlayaraq uğurlu mövümün yekununa artıq çatdıqları üçün təbriklərini çatdırıb.
Bakı Gənclər Debat Formu: Payız 2018” -də Azərbaycan bölməsi üzrə 35, Rus bölməsi üzrə 16 komanda olmaqla ümumilikdə 51 komanda iştirak edir.
Qeyd edək ki, “Respublika Gənclər Debat Forumu: Payız 2018” layihəsi Gənclər və İdman Nazirliyi (The Ministry of Youth and Sport of the Republic of Azerbaijan) və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin (DVC) təşkilatçılığı ilə Milli Debat Proqramı çərçivəsində həyata keçirilir.

Имя8Имя2Имя3
Имя4Имя5Имя6
Имя7Имя8