AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI

AZ / EN / RU

25.10.2018

11.10.2018-13.10.2018 - ci il tarixlərində Qazaxıstanın Almatı şəhərində V Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu keçirilib. Simpoziumun təşkil edilməsində məqsəd Türk Dünyasında dövlətlərarası siyasi, iqtisadi, sosioloji, bölgə turizmi, dini və fəlsəfi, eyni zamanda türk dünyasında qadın çalışmalarının araşdırılmasından ibarət olmuşdur. Simpoziumda Azərbaycan Əmək və Sosial Münasibətlər Akademyasının “Maliyyə” fakültəsinin dekanı i.ü.f.d. dos. Hicran Mirzəyeva “Aqrar sahədə maliyyə-kredit münasibətlərinin dövlət tənzimlənməsi”, qiymətləndirmə və monitorinq şöbəsinin müdiri Sədaqət Məmmədova “Müasir Azərbaycan  cəmiyyətində sosial qruplar və onların sosial-iqtisadi vəziyyəti” mövzusunda məruzə ilə çıxış etmişdir. Həmçinin səfər zamanı Azərbayacan Əmək və Sosial Münasibətlər Akademiyası ilə Qazaxıstan Dövlət Qızlar Pedoqoji Unversiteti arasında əməkdaşlıq memorandumu imzalanmışdır.

345346