AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI

AZ / EN / RU

Kitabxana haqqında

Tələbələrin sərbəst və müstəqil fəaliyyətinin səmərəli təşkilini həyata keçirmək üçün Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında geniş oxucu küt­lə­si­nə malik kitabxana fəaliyyət göstərir. Kitabxana elm, mədəniyyət, xalq təssərüfatının müx­təlif sahələri üçün yüksək ixtisaslı kadrların hazırlanmasına kömək edir. Ki­tab­xa­na öz fondunu akademiyanın profilinə uyğun komplektləşdirir, professor-mü­əllim he­yə­tini, tələbələri elmi ədəbiyyatla təmin edir, habelə dissertasyaları, av­to­re­feratları, qə­­zetləri, jurnalları toplayır və mühafizə edir. Tədris olunan bütün fənlər üzrə hazır­lan­­mış mühazirə mətnlərinin və yeni nəşr edilmiş dərsliklərin, dərs vəsaitlərinin elek­tron versiyası kitabxana fondunu daim zənginləşdirir. Akademiyanın kitabxanasının ümumi sahəsi 336 m2-dir. Burada 2 oxu zalı tələbələrin istifadəsindədir. Kitabxanada tələbələrə və müəllimlərə qlobal şəbəkəyə qoşulmuş, internetə çıxışı olan kompyuter və surətçıxaran aparat xidmət göstərir.

Kitabxanaya Abdullayeva Maya Həmidağa qızı rəhbərlik edir. 

 ИмяИмяИмя                          ИмяИмя