AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI

AZ / EN / RU

Xocalı

 

rayon1_sm.jpg

 

Xocalı rayonu Kiçik Qafqaz Qarabağ silsiləsinin şimal-şərq yamacında yerləşir.Rayonun ərazisi 940 km2, əhalisinin sayı 26500 nəfərdir (01.01.2011). Mərkəzi Xocalı şəhəridir.
 
Xocalı rayonu 26 fevral 1992-ci ildə işğal olunmuşdur. İşğal nəticəsində 613 nəfər dinc sakin,o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülmüş, 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanmış, 1275 nəfər girov götürülmüş və insanı alçaldan işgəncələrə məruz qalmış, 150 nəfər itkin düşmüşdür. Bu soyqırım aktı nəticəsində 8 ailə bütünlüklə məhv edilmiş, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum edilmişdir. Məcburi köçkünlərin sayı 14406 nəfərdir. 10 nəfər Xocalı sakini Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüşdür.
 
Təcavüz nəticəsində 48 qəsəbə və kənd, 12 ümumtəhsil məktəbi, 3 musiqi məktəbi, 29 kitabxana, 20 klub, 18 səhiyyə müəssisəsi, Uşaq yaradıcılıq mərkəzi, Tarix diyarşünaslıq muzeyi, Toxuculuq fabriki və Xocalı aeroportuerməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olunmuşdur.
 

�м��м��м�