AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI

AZ / EN / RU

İqtisadi Araş­dır­­ma­lar Mərkəzi

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “İqtisadi Araşdırmalar Mərkəzi” (İAM) fəaliyyət göstərir. Mərkəzin yaradılmasında məqsəd ölkədə iqtisadi sahədə aparılan islahatları təhlil etmək, yeni fikir və ideyalarla çıxış etmək, fərqli təklifləri aidiyyəti orqanlara çatdırmaqdan ibarətdir. İqtisadi mövzularda dəyirmi masalar keçirmək, debatlar təşkil etmək, layihələr tərtib etmək bu yolda atılan addımlardandır. 2014-cü ildə Mərkəzin xətti ilə Akademiyada “Vergi yükünün iqtisadi artıma təsirinin müəyyənləşdirilməsi: I və II tip Laffer nöqtələrinin tapılması” mövzusunda dəyirmi masa, “Dövlət büdcəsinin gəlirlərinin formalaşmasında neft sektorunun rolu” və “Cəmiyyətin sosial-iqtisadi inkişafına kreditlərin təsiri” mövzularında debatlar keçirilmişdir. Sevindirici haldır ki, Mərkəzin gənc üzvlərinin hazırladığı iqtisadi layihə Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən bəyənilmiş və həyata keçirilməsi üçün maliyyələşdirilməsinə qərar verilmişdir.