"XXI əsrdə əmək dünyası" mövzusunda Beynəlxalq elmi-nəzəri konfrans


Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının “Qiymətləndirmə və monitorinq” şöbəsinin müdiri Sədaqət Məmmədova  2018-ci ilin sentyabrın 19-21-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Rusiya Əmək və Sosial Münasibətlər Akademiyasının  əsas devizi əmək hüququnun çağırışları olan  “XXI əsrdə əmək dünyası” mövzusunda təşkil etdiyi  Beynəlxalq elmi-nəzəri konfransda iştirak etmişdir. Konfransı geniş giriş sözü ilə RƏSMA-nın rektoru, iqtisad üzrə fəlsəfə doktoru, Rusiya Azad Həmkarlar İttifaqları Federasiyasının sədr müavini Nina Kuzmina açaraq iştirakçıları salamladı. Öz maraqlı nitqində o günün aktual məsələlərinə toxundu,  görülən işlərdən  və qarşıdakı vəzifələrdən danışdı. Sonra konfransın gündəliyinə uyğun olaraq  Q.B. Orlanov, Qoça Aleksandriya, Y.S.Serqeyevna, A.İ. Çekmenev, V.S.Kosoviç, Q.R.Abukov, O.T.Razumova, Q.M.Yurova, A.Y.Petrov, T.A.Niqmatullina və K.D. Krılov maraqlı məruzələr etdilər. Konfransda əmək mübahisələrinin statistik təhlili aparılmış, əmək qanunvericiliyinə bəzi əlavələrin edilməsinin, əmək bazarının huma­nist­ləş­dirilməsinin bəzi aspektləri, təhsil və əmək arasında harmoniyanın əldə olunmasının zəruriliyi vurğulanmış və birgə əməkdaşlıq edilməsi təklifi irəli sürülmüşdür.