Novruz bayramına həsr olunan tədbir keçirildi.


18.03.2019-cu il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) Novruz bayramına həsr olunan tədbir keçirilib.

Rektor  Hüseyn Qaraşov bayram münasibətilə kollektivi təbrik edib, xalqımızın milli dəyərlərə önəm verməsi baxımından Novruzun keçirilməsinin əhəmiyyətini vurğulayıb.

H.Qaraşov  ulu öndər Heydər Əliyevin Novruz bayramının dövlət səviyyəsində qeyd olunması məqsədilə atdığı mütərəqqi addımları xatırladıb. O, Prezident İlham Əliyevin hər il paytaxtda keçirilən Novruz şənliklərində iştirak etməsini, xalqımıza təbrik ünvanlamasını bayrama olan dövlət qayğısı kimi xarakterizə edib.

Daha sonra bayram şənliyində Novruz tamaşası nümayiş olunub, müxtəlif musiqi nömrələri səsləndirilib, Keçəl, Kosa və Bahar qız personajlarının ifasında səhnəciklər sərgilənib və bayramla əlaqəli digər adətlərimiz yer alıb.