Hesabat-seçki yığıncağı


  22 fevral 2019-cu il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının  Əmək və Sosial Münasibətlər Akademiyasında ərazi ilk partiya təşkilatının Gənclər Birliyinin hesabat-seçki yığıncağı keçirildi.

  İclası giriş nitqi ilə açan Əmək və Sosial Münasibətlər Akademiyasının prorektoru Fərhad Möhbalıyev öncə tədbir iştirakçılarını salamladı. Daha sonra tədbir iştirakçılarına Yeni Azərbaycan Partiyasının yaranma tarixi haqqında qısa məlumat verdi. Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı, dövləti üçün göstərdiyi misilsiz xidmətlərindən bəhs etdi. Daha sonra Gənclər Birliyinin ötən hesabat dövrü ərzində gördüyü işlərin hesabatını təqdim etmək üçün Gənclər Birliyinin sədri Famil Qurbanov məruzə ilə çıxış etdi. O, Yeni Azərbaycan Partiyası haqqında, o cümlədən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının yaranma tarixi ilə bağlı qısa məlumat verdi. Azərbaycanın bu illər ərzində keçdiyi uğurlu inkişaf yolundan, siyasi və iqtisadi mövqeyindən bəhs etdi. Daha sonra rəhbərliyin dəstəyi ilə ötən hesabat dövrü ərzində həyata keçirilmiş tədbirlər, konfranslar, tələbələrlə təşkil edilmiş görüşlər barədə məlumat verdi. Qeyd etdi ki, hal-hazırda akademiyanın kollektivi və tələbələri arasında partiyaya maraq böyükdür və buradakı partiya üzvləri YAP Binəqədi rayon təşkilatının daim diqqət mərkəzindədir. Həmçinin YAP Binəqədi rayon təşkilatının təşkil etdiyi bir sıra yeni lahiyələrdə, tədbirlərdə və iməcliklərdə yaxından iştirak etdiklərini vurğuladı. Çıxışının sonunda qeyd etdi ki, gənclər hər zaman prezidetimizin ictimai-siyasi kursunu dəstəkləyir və hər zaman onun yanındadır. YAP Binəqədi rayon təşkilatına gənclərə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirdi.
Hesabat məruzəsi səsə qoyularaq qəbul edildikdən sonra ərazi ilk partiya təşkilatının Gənclər Birliyinin İdarə Heyəti, sədr və sədr müavininin seçilməsi məsələlərinə baxıldı. Ərazi ilk partiya təşkilatının Gənclər Birliyinin 9 nəfərdən ibarət İdarə Heyəti müəyyənləşdirildi, Yeganə Cavadova ərazi ilk partiya təşkilatı Gənclər Birliyinin yeni sədri, Nicat Cəfərov və Afaq Hüseynova sədr müavini seçildi.
  Çıxış edən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nəbiyev bildirdi ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan uğurlu gənclər siyasətinin bu gün də dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə gənclər üçün yaradılan yüksək şəraitdən, onlara göstərilən diqqət və qayğıdan danışdı. Onun sözlərinə görə Binəqədi rayonunda da gənclər siyasəti ardıcıl olaraq həyata keçirilir. Gənclərin hərtərəfli inkişafı, bilik və bacarıqlarının artırılması, yüksək fəallığa malik potensial gənclər olaraq yetişmələri istiqamətində mühüm işlər görülür. Görülən işlərdə YAP Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin fəallarının yaxından iştirak etdiklərini diqqətə çatdırdı. 
  Yığıncaqda yekun nitq söyləyən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov öncə tədbir iştirakçılarını salamladı və tədbirdə iştirak etməkdən məmnunluğunu ifadə etdi. Qeyd etdi ki, Əmək və Sosial Münasibətlər Akademiyası Binəqədi rayonu ərazisində yerləşən yeganə ali təhsil müəssisəsidir və buna görə hər zaman diqqətimizdədir. Çünki ali təhsil müəssisəsi ən çox gənclərin toplaşdığı məkandır. Sədr qeyd etdi ki, akademiyanın tələbələri Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı ilə sıx əməkdaşlıq edirlər. Hal-hazırda akademiyanın məzunları rayon təşkilatının sıralarında fəal şəkildə fəaliyyət göstərirlər.

  Sonda Ramiz Göyüşov ərazi ilk partiya təşkilatının Gənclər Birliyinin yeni seçilmiş İdarə Heyətini, sədr və müavinləri təbrik etdi, partiya üzvlərinə öz tövsiyyələrini bildirdi, onlara işlərində uğurlar arzuladı.