Rektorun köməkçisi


Məmmədov Sirac Şamı oğlu

  1975-ci ildə Gəncə Dövlət Pedaqoji Universitetinin kimya-biologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Təyinatla Kəlbəcər rayonunda kimya-biologiya müəllimi və rayon ərazi-metodist vəzifəsində çalışmışdır. İşlədiyi müddət ərzində MK Maarif işçilərinin həmkarlar ittifaqı, Ali məktəb və elmi idarələrin və SSRİ Maarif Nazirliyi adından “1976-cı il sosializm yarışının qalibi” nişanı ilə təltif olunmuşdur. 1977-ci ildə AzEA-nın V.A.Komarov adına Botanika İnstitunun əyani aspiranturasına daxil olmuşdur. 1978-79-cu illərdə Qazaxıstan SSR-nin Çelinoqrad (indiki Astana) şəhərində ordu sıralarında qulluq etmişdir...

  1983-cü ildən baş laborant,  kiçik elmi işçi və baş elmi işçi vəzifəsində çalışmışdır. 1984-cü ildə biologiya elmlər namizədi alimlik dərəcəsini almaq üçün dissertasiya müdafiə etmişdir.   2003-2004-cü illərdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Bakı filialının Tədris-metodiki şöbəsinin müdir müavini olmuşdur. 2004-cü ildən Akademiyanın  imtahan şöbəsinin müdiri, tərbiyə işləri üzrə prorektor, tədris və elmi işləri üzrə prorektor, tədris və tərbiyə işləri üzrə prorektor, tədris işləri  üzrə prorektor və 2018-ci ildən isə rektorun köməkçisi  vəzifəsində çalışır.