Tədris və elmi işlər üzrə prorektor


Möhbalıyev Fəhrad Firudin oğlu

  1976-cı ildən ali təhsil müəssisələrində çalışır.

  1979-1983-cü illərdə  Azərbaycan Xalq Təsərrüfatı İnustutunun aspiranturasını bitirmiş və namizədlik dessertasiyası müdafiə etmişdir. Bir çox təhsil müəssisələrində:  Azərbaycan Dövlət İncəsənət Unveristetində, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında müxtəlif vəzifələrdə baş müəllim, dossent, « İctimai və sosial elmlər» kafedrasının müdiri, dekan müavini olmuşdur.

  2017-ci ildə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında «İqtisadiyyat və idarəetmə» kafedrasının müdiri vəzifəsinə seçilmişdir.

  2018-ci ildən isə rektorun əmri ilə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Tədris və elmi işlər üzrə prorektoru vəzifəsinə təyin olunmuşdur.

  İqtisad üzrə fəlsəfə doktoru, dossent, əməkdar müəllimdir. «İqtisadi nəzəriyyə. Mikro və Makroiqtisadiyyat», «Bədən tərbiyəsi və idman iqtisadiyyatı», «Bədən tərbiyəsi və idman iqtisadiyyatı. Marketinq»,  «İdman və turizmin sosial-iqtisadi əsasları. Turist bazarı»  və  «İqtisadiyyata giriş »  adlı dərslik, elmi monoqrafiya və dərs vəsaitlərinin, 60-dan çox elmi məqalənin müəllifidir.

  2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərancamı ilə "Əməkdar müəllim" fəxri adı verilmişdir.