Rektor


Qaraşov Hüseyn Tapdıq oğlu

1978-ci ildən Azərbaycan Həmkarlar İttifaqları təhsil müəssisəsində çalışır. Tədris mərkəzində metodist, direktor müavini, direktor, 1999-cu ildən Həmkarlar ittifaqlarının ali təhsil müəssisəsi olan Rusiya Federasiyası Əmək və Sosial Münasibətlər Akademiyası Bakı Filialının direktoru, 2006-cı ildən isə Filialın bazasında yaradılmış Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektorudur.

Sosiologiya elmləri doktoru, professor, əməkdar müəllim, AHİK-in Məclis üzvü, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi Rəyasət heyətinin üzvüdür.

Bir sıra elmi məqalə, monoqrafiya, dərs vəsaiti və dərsliyin müəllifidir.

Azərbaycan Respublikasının «Tərəqqi» medalı və AHİK-in «Həmkarlar ittifaqında xidmətə görə» medalı ilə təltif olunmuşdur.