Rektorun müraciəti


Azəbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rəsmi İnternet səhifəsinə xoş gəlmisiniz!

Akademiyamızın əsas hədəfi elmi biliklərə, tədqiqat bacarığına yiyələnən, cəmiyyət-fərd münasibətlərinə həssaslıqla yanaşan, peşəkar kadr kimi həyata hazır olan gənc mütəxəssislər yetişdirməkdən ibarətdir. Müasir dünya ilə ayaqlaşmaq, dəyişkən tələblərə cavab vermək gənclərdən dünyagörüşlü, bilikli və bacarıqlı olmağı tələb etdiyi kimi, fərdi keyfiyyətlərini artırmağı və kollektiv ruhda çalışmağı da  vacib edir.

Akademiyamız təkcə formal biliklər verməklə kifayətlənmir. Tələbə gənclik həyatının 4 ilini burada keçirir. Bu müddətdə bir çox qeyri-formal bilik və vərdişlərə yiyələnir.  Ona görə bu sahəyə həssaslıqla yanaşırıq. Bu işdə valideyinlərlə əlaqələrimizin olması çox vacibdir. Onlarla təkcə rabitə vasitəsi ilə deyil, ildə bir neçə dəfə görüşlər keçirməyimiz artıq ənənəyə çevrilmişdir ki, bu da öz növbəsində ümumi işimizə çox kömək edir.

Fürsətdən istifadə edərək, yeni internet səhifəmiz vasitəsilə haqqımızda məlumat almaq istəyən gələcək tələbələrimizi də salamlayıram. Əminəm ki, Akademiyamıza dair internet səhifəsindən lazımi məlumatları əldə edə biləcək, bu ali təhsil ocağı ilə tanış olacaq və bizləri daha yaxından tanımaq istəyəcəksiniz.

 

Hörmətlə, rektor
Hüseyn Tapdıq oğlu Qaraşov