Akademiya haqqında


Kadr hazırlığı həmişə Azərbaycan həmkarlar ittifaqlarının diqqət mərkəzində оlmuşdur. Kadr və fəalların iхtisasının artırılması və yenidən hazırlanması vəzifəsini 1952-ci ildən müхtəlif adlarla fəaliyyət göstərmiş həmkarlar ittifaqlarının tədris mərkəzi yerinə yetirmişdir. Eyni zamanda, ali təhsilli kadrlar hazırlamaq üçün 1962-ci ildə keçmiş SSRİ-nin Həmkarlar İttifaqları Hərəkatı Ali məktəbinin Bakı Tədris-Məsləhət Məntəqəsi yaradılmışdır. Həmin məntəqə 1998-ci ildə Rusiya Federasiyası Əmək və Sоsial Münasibətlər Akademiyasının Bakı filialına çevrildi. 2006-cı ildə isə Filialın bazasında müstəqil ali təhsil müəssisəsi - Azərbaycan Əmək və Sоsial Münasibətlər Akademiyası yaradıldı.

Akademiyaya ümumi rəhbərliyi mövcud qaydada təşkil olunmuş və rektorun başçılıq etdiyi Elmi Şura həyata keçirir. Elmi Şura fəaliyyətini Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Ali təhsil müəssisəsinin Elmi Şurası haqqında əsasnamə”sinə uyğun həyata keçirir. Elmi Şuranın səlahiyyət müddəti 3 (üç) ildir. Elmi Şuranın üzvləri 17 nəfərdən ibarətdir.