AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI

AZ / EN / RU

Ağdam

�м�

Ağdam rayonu Kiçik Qafqaz Qarabağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının cənub-qərbində yerləşir. Rayonun ərazisi 1150 km2  180600 nəfərdir (01.01.2011). Mərkəzi Ağdam şəhəridir.

 
Ağdam şəhəri və rayonun böyük hissəsi 23 iyul 1993-cü ildə işğal olunmuşdur. İşğal nəticəsində 538 nəfər dinc sakin şəhid, 587 nəfər əlil olmuşdur. Məcburi köçkünlərin sayı 144406 nəfərdir. Rayonun 17 nəfər sakini Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüşdür.
 
Təcavüz nəticəsində 82 qəsəbə və kənd, 27 tarixi abidə, 48 sənaye obyekti, 29 kənd təsərrüfatı obyekti, 57 rabitə obyekti, 114 tədris müəssisəsi, 59 məktəbəqədər müəssisə, 17 xəstəxana, 24 poliklinika, 1 doğum evi, 26 aptek, 52 tibb məntəqəsi, 57 kitabxana, 47 klub, 4 muzey, 16 məsçid, 3 su anbarı erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olunmuşdur.

Ð�мÑ� Ð�мÑ� Ð�мÑ�