AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI

AZ / EN / RU

Ümumi şöbə

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında sənədləşmə işləri Ümumi şöbə vasitəsi ilə həyata keçirilir. Şöbənin fəaliyyətinin əsas məqsədi Akademiyada sənəd dövriyyəsinin və onun icrasına nəzarət işinin effektiv həyata keçirilməsini təmin etməkdir. Şöbənin əsas funksiyalarına: akademiya üzrə sənəd dövriyyəsini təşkil edərək daxil olan sənədləri qəbul etmək, qeydə almaq və aidiyyati üzrə bölüşdürmək; akademiyada sənəd dövriyyəsinin uçot-nəzarət işini təşkil etməklə sənədlərin dövriyyəsinə və icra müddətinə nəzarət etmək; akademiyanın daxilində və xaricində sənədlərin daşınmasını, çatdırılmasını və zəruri sənədlərin saxlanılmasını təşkil etmək; mərkəzləşdirilmiş qaydada kargüzarlıq işini aparmaq; akademiya əməkdaşlarının məzuniyyətlərinin növbəlilik cədvəlini tərtib etmək və məzuniyyətlərin uçotuna nəzarəti təmin etmək; fəaliyyətlə bağlı əmrləri, sənədləri hazırlamaq və uçotunu aparmaq; akademiyaya qəbul olan tələbələrin sənədlərini qəbul etmək; «Tələbə-Məzun» dövlət elektron məlumat sisteminə məlumatları daxil etmək; Elektron Hökümət Portalına Əmək müqavilələrinin bağlanması ilə bağlı bildirişləri daxil etmək və Sığortaolunanların əmək stajları barədə məlumatları sistemə daxil etmək daxildir.Şöbə bütün struktur bölmələrlə - tədris şöbəsi və dekanlıqlarla, mühasibat və təsərrüfat şöbəsi ilə əlaqəli fəaliyyət göstərir. Akademiyanın fəaliyyətinə dair sənədlər ümumi şöbədə rəsmiləşdirilərək, aidiyyatı üzrə çatdırılır. Akademiyaya qəbul olan tələbələr sənədləri ümumi şöbəyə təqdim edir. Şöbə TQDK ilə də sıx əməkdaşlıq edir. «TƏLƏBƏ-MƏZUN» Dövlət Elektron Məlumat Sisteminə məlumatlar ümumi şöbədə daxil edilir. İşə qəbul olunan əməkdaşlar sənədlərini ümumi şöbəyə təqdim etməklə «əmək müqaviləsi» imzalayırlar.
 
Ümumi şöbəyə Məmmədova Rübabə Heybət qızı rəhbərlik edir.

�м��м��м�