AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI

AZ / EN / RU

23.02.2015

23.02.2015-cü il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Xocalı faciəsinin 23-cü ildönümünə həsr edilmiş anım günü keçirilib. Tədbir iştirakçıları ilk öncə Xocalı faciəsini əks etdirən fotosərgi ilə tanış olublar. Xocalı soyqırımı qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən övladlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra Akademiyanın tədris və tərbiyə işləri üzrə prorektoru Sirac Məmmədov ən qəddar və amansız terror hadisələrindən biri olan Xocalı soyqırımı haqqında danışıb. Daha sonra tarix üzrə fəlsəfə doktoru Vahid İsmayılov tarixi fakt və sənədlərə istinad edərək Xocalı soyqırımı ilə bağlı fikirlərini bölüşüb. Tədbirdə çıxış edən tələbələr Mahmud Mahmudov və Nuranə Məmmədova, Xocalı soyqırımının beynəlxalq aləmdə soyqırım aktı kimi tanınması istiqamətində Prezident İlham Əliyevin apardığı ardıcıl və məqsədyönlü siyasətinin uğurlarını, həmçinin Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, soyqırımın dünya ölkələri tərəfindən tanınmasında 2009-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyasını xüsusi qeyd ediblər. Anım mərasimi Xocalı soyqırımından bəhs edən sənədli filmin nümayişi ilə başa çatıb. 

02.2015s_.jpg02.2015_1s_.jpgm3_sm.jpg02.2015_3s_.jpg02.2015_4s_.jpg02.2015_5s_.jpg