AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI

AZ / EN / RU

17.10.2015

17.10.2015-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Aka­de­miyasında Azərbaycan həmkarlar ittifaqı hərəkatının 110 illiyinə həsr olun­muş “Azərbaycan həmkarlar ittifaqı: tarixi, təşəkkülü və inkişafı, müasir real­lıq­lar və perspektivlər” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir. Giriş sö­zü ilə konfransı açan Akademiyanın rektoru, professor Hüseyn Qaraşov Azər­bay­can həmkarlar ittifaqlarının keçdiyi şərəfli yoldan danışmış, müasir dövrdə həm­karlar ittifaqlarının öz funksiyalarını həyata keçirmək üçün zəruri de­mo­k­ra­tik şəraitin yaradıldığını, beynəlxalq əlaqələrinin genişləndiyini bildir­miş­dir.

Sonra söz alan professor Vəkil Həsənov öz məruzəsində Azərbaycan həm­kar­­lar ittifaqlarının yaranması, təşkilatlanması, ilk kollektiv müqavilələrin bağ­lan­­ması, hazırda həmkarlar ittifaqlarının qarşısında duran əsas vəzifələrdən da­nış­­mış, son  illər bağlanmış kollektiv sazişlərin uğurlu nəticələrindən bəhs et­miş, həmkarlar ittifaqlarının daha səylə və əzmlə fəaliyyətinin vacibliyini vur­ğu­­lamışdır.

3-17.10_sm.jpg 4-17.10_sm.jpg

Dosent Zeynəddin Şabanov çıxışında qeyd etmişdir ki, Azərbaycanda hü­qu­qi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşması yolunda “Həm­kar­lar ittifaqları haqqında” Qanuna, Əmək Məcəlləsinə, İnzibati Xətalar Mə­cəl­lə­sinə edilmiş bir sıra mühüm əlavə və dəyişikliklər müəssisələrdə həmkarlar it­ti­faqı təşkilatlarının nüfuzunu artırmış, yüzlərlə yeni üzvlərin gəlməsinə şərait yaratmış, minlərlə əməkçinin iş yerini itirməsinin qarşısını almışdır. Bu də­yi­şik­lik­lər, həmçinin həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətinin güclənməsinə, on­la­rın işəgötürənlərdən asılılığının azaldılmasına, cəmiyyətdə sosial tərəfdaşlığın prinsiplərinə əməl olunmasına əsas vermişdir.

5-17.10_sm.jpg 6-17.10_sm.jpg

Akademiyanın Tələbə Həmkarlar Təşkilatının sədri Mahmud Mahmudov təşkilatın fəaliyyətindən, gördüyü və planlaşdırdığı işlərdən danışmışdır. O qeyd etmişdir ki, həmkarlar ittifaqlarının əsas vəzifələrindən biri də gənclərin fiziki və mənəvi inkişafına şərait yaratmaq, onların imkan və bacarıqlarının reallaş­dı­rıl­masına kömək etməkdir. Bu istiqamətdə əsas məsələlərdən biri də gənc­­lərin və­tənpərvərlik, azərbaycançılıq, döv­­lətçilik, dünyəvilik prinsipləri əsasında, Azər­baycan xalqının tarixinə, mədəni irsinə, özünəməxsus adət-ənənələrinə, döv­lət dilinə və rəmzlərinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ru­hun­da tərbiyə olunması üçün kompleks təd­bir­lə­rin həyata keçirilməsidir.

Tədbirin sonunda yubiley ilə əlaqədar olaraq Akademiyanın həmkarlar ittifaqı komitəsinin işində fəal iştirakına görə qabaqcıl əməkdaşlara və tələbələrə Fəxri fərmanlar verilmişdir. 

aesmsa17_sm.jpg aesma18.jpg