AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI

AZ / EN / RU

07.05.2015

07.05.2015-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası və AMEA Elmi İnnovasiyalar Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92 illiyinə həsr olunmuş “Regionların innovativ sosial-iqtisadi inkişafı: reallıqlar və perspektivlər” mövzusunda respublika elmi-praktiki konfransı keçirilmişdir.
 

m1_sm.jpgm1_sm.jpgm1_sm.jpgm1_sm.jpgm1_sm.jpgm1_sm.jpg

Konfransa respublikanın 26 elm, təhsil müəssisəsi qatılmışdır. Tədbiri Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru sosiologiya üzrə elmlər doktoru, professor Hüseyn Qaraşov açaraq ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti, düşünülmüş dövlətçilik siyasəti, hadisə və proseslərin baş vermə ardıcıllığını qabaqcadan görə bilmə qabiliyyəti, ictimai həyatın bütün sahələrində apardığı islahatların əhəmiyyəti, xalqımızın rifah tərzinin yüksəlməsinə istiqamətlənmiş məntiqli sosial-iqtisadi siyasətindən və hazırda bu kursun cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışmışdır.
 

m1_sm.jpgm1_sm.jpgm1_sm.jpgm1_sm.jpgm1_sm.jpgm1_sm.jpg

Plenar iclasda AMEA Elmi İnnovasiyalar Mərkəzinin Baş direktoru, hüquq üzrə fəlsəfə doktoru Azər Namazov “Milli innovasiya sisteminin formalaşması və idarə olunması”, AMEA Elmi İnnovasiyalar Mərkəzinin nəzdindəki Təhsil-Tədris Mərkəzinin direktoru, iqtisad üzrə elmər doktoru, professor Tərbiz Əliyev “Regional innovasiya proqramının tərtibatı üzrə milli təcrübə”, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının “Sosial tərəfdaşlıq, həmkarlar ittifaqı hərəkatı və humanitar fənlər” kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Zeynəddin Şabanov “Regionların sosial-iqtisadi inkişafında həmkarlar ittifaqlarının rolu”, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının “Ümumi iqtisadiyyat” kafedrasının müəllimi, iqtisad üzrə fəlsəfə doktoru Nurəngiz Mikayılova “Regional inkişaf proqramlarının iqtisadi səmərəsi”, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının tələbələri Hilalə Hasilova və Pərvin Əhmədli “Müstəqil Azərbaycan iqtisadiyyatı: reallıqlar və problemlər”, Azərbaycan Kooperasiya Universitetinin tələbəsi Şahin Cəfərov “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının regional inkişafa təsir istiqamətləri” mövzusunda maraqlı məruzələr etmişlər.  
 

m1_sm.jpgm1_sm.jpgm1_sm.jpgm1_sm.jpgm1_sm.jpgm1_sm.jpg

Sonra konfrans “Regional innovativ inkişaf və onun stimullaşdırılması”, “Regional sənayenin inkişafı”, “Regionlarda sosial sferanın inkişafı”, “Qeyri-neft sektorunun inkişafı” və “İnnovasiya infrastrukturunun genişləndirilməsi” bölmələrində öz işini davam etdirmişdir. Bölmələrdə regional iqtisadiyyatın inkişafı istiqamətində ölkədə aparılan siyasətin uğurlu nəticələri təhlil edilmiş, yeni təklif və ideyalar irəli sürülmüşdür. Bölmə iclaslarında fəal müzakirə və diskussiyalar müşahidə olunmuşdur.
 
m1_sm.jpgm1_sm.jpgm1_sm.jpgm1_sm.jpgm1_sm.jpgm1_sm.jpg

Sonda Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının  elmi işlər üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru, dosent Mobil Məcidov yekun sözü ilə çıxış etmiş, konfrans materiallarının çap olunacağını, irəli sürülən fikir və ideyalardan ibarət təkliflər paketinin hazırlanaraq müvafiq strukturlara çatdırılacağını bildirmişdir.