AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI

AZ / EN / RU

03.03.2015

03.03.2015-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Bakı Dövlət Universitetinin “Gender və tətbiqi psixologiya” kafedrası və AMEA Fəlsəfə və Hüquq İnstitutunun “Müasir fəlsəfə problemləri” şöbəsinin birgə təşkilatçılığı ilə “Azərbaycanda ailə və gender məsələləri: mövcud vəziyyət və problemlər” mövzusunda IV Respublika konfransı keçirilib.
 
Konfransı Azərbaycan Əmək və Sosial  Münasibətlər Akademiyasının elmi işlər üzrə prorektoru, iqt. ü.f.d., dosent Mobil Məcidov giriş sözü ilə açdıqdan sonra ailə münasibətlərini  əks etdirən  film-çarx nümayiş etdirildi. Plenar iclasda BDU-nun “Gender və tətbiqi psixologiya”kafedrasının müdiri, psixol. üzrə f. d., dosent Rəna İbrahimbəyova “Müasir dövrdə ailə institutu”, AR DİN İnsan alveri qurbanlarına kömək fondunun sədri, fəl. ü.f.d. Mehriban Zeynalova “Qadın alveri insan alveri kontekstində”, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırma şöbəsinin müdiri Elgün Səfərov “Azərbaycanda ailə hüququnun inkişafında yeni institut: ailədə və məişətdə zorakılığın qarşısının alınması”, Qərb Universiteti “Gender Araşdırmaları Mərkəzi”nin rəhbəri, fəl.ü.f.d.Kifayət Ağayeva “Müasir ailədə mənəvi tərbiyənin rolu”, AMEA İqtisadiyyat İnstitutunun baş elmi işçisi, iqt. ü.f.d. Adilə Gözəlova “Azərbaycanda gender bərabərliyi və gender pariteti məsələsi”, AR İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) hüquqi maarifləndirmə sektorunun müdiri Rəşid Rumzadə “Vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin ailə-gender münasibətləri sisteminə təsiri”, Mədəniyyət İşçiləri Müstəqil HİRK-in  sədri, AHİK-in gender  bərabərliyi  və qadın problemləri  üzrə Mərkəzinin sədri Cəmilə Səttarova “Sosial-əmək münasibətlərinin təkmilləşməsinə ailənin təsiri”, AMEA Fəlsəfə və Hüquq İnstitutunun dissertantı Fainə Hənifəyeva “Miqrasiya proseslərinin Azərbaycan ailəsinə təsiri:demoqrafik boşluq”, AMEA Fəlsəfə və Hüquq İnstitutu, böyük elmi işçi, fəl. ü.f.d. Hüseyn İbrahimov “Erkən nikahlar yerli və qlobal  sosiomədəni  dəyişmələr  mətnində”, Azərbaycan Əmək və  Sosial  Münasibətlər Akademiyasının III kurs tələbəsi İlahə Feyzullayeva “Ailə münasibətlərinin gender problemləri gənclərin baxışında”, Azərbaycan Əmək və Sosial  Münasibətlər Akademiyası “Sosial tərəfdaşlıq, HİH və humanitar fənlər” kafedrasının  müdiri,  fəlsəfə ü. f. d., dosent Zeynəddin Şabanov “Gender 2015 ilin problemidirmi?”  mövzusunda məruzələrlə çıxış etdilər.
 
Məruzələr ətrafında maraqlı çıxışlar oldu, məntiqli mühakimələr yürüdüldü,yeni fikirlər irəli sürüldü, təkliflər paketi hazırlandı. Konfransın sonunda  gender və ailə problemləri mövzusunda kitabların təqdimatı keçirildi.

m1_sm.jpgm1_sm.jpgm1_sm.jpgm1_sm.jpgm1_sm.jpgm1_sm.jpgm1_sm.jpgm1_sm.jpgm1_sm.jpgm1_sm.jpgm1_sm.jpgm1_sm.jpg