AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI

AZ / EN / RU

02.03.2015

02.03.2015-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin hesabat-seçki konfransı keçirilib.
 
Tədbirdə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin sədri Qüdsi Bayramov, akademiyanın tədris-tərbiyə işləri üzrə prorektoru Sirac Məmmədov, akademiyanın professor-müəllim heyəti və Gənclər Birliyinin üzvləri iştirak ediblər.
 
Tədbiri Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini Telman İmanov açaraq ötən il ərzində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb. Tədbirdə çıxış edən Ərazi ilk partiya təşkilatının sədri Hökümə Əkbərova, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası Tələbə Gənclər Təşkilatının sədri Anar Əliyev və akademiyanın Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Mahmud Mahmudov ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında aparılan gənclər siyasətindən, daxili və xarici siyasət sahəsində qazanılmış uğurlardan, Azərbaycan gənclərinin sağlam ruhda böyüməsi və layiqli vətəndaşlar kimi yetişməsi üçün ötən illər ərzində ölkə rəhbərliyi tərəfindən həyata keçirilən ardıcıl və sistemli tədbirlərdən danışıblar.
 
Sonra konfransda təşkilati məsələlərə baxılıb, Ərazi ilk partiya təşkilatı Gənclər Birliyi İdarə Heyətinin üzvləri, sədr və sədr müavinləri seçilib, həmçinin Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin hesabat-seçki konfransında iştirak edəcək 20 nəfərdən ibarət nümayəndə heyətinin tərkibi də müəyyənləşdirilib. Səsvermə nəticəsində Telman İmanov Ərazi ilk partiya təşkilatı Gənclər Birliyinin sədri, Kamil Dadaşov və Məryəm Qallacova isə onun müavinləri seçiliblər.
 
Sonda çıxış edən Qüdsi Bayramov Binəqədi rayonunda gedən ictimai-siyasi prosseslərdə, tədbirlərdə Akademiya tələbələrinin fəal iştirakından söz açıb. Natiq rayon rəhbərliyinin daim Akademiya tələbələrinin fikir və ideyalarını dəstəkləməsinə, onların reallaşdırılmasına hazır olduğu vurğulayıb.

m1_sm.jpg